Dövlət İdarəçiliyinin Prinsipləri vətəndaşların və biznes müəssisələrinin müasir dövlət idarəçiliyindən gözlədikləri dəyər və davranışları ifadə edən standartların əhatəli çərçivəsidir. Bu prinsiplər Avropa İttifaqının (Aİ) genişlənməsi və qonşuluq ölkələrinin administrasiyalarının dövlət idarəçiliyindəki çatışmazlıqları aradan qaldırmaq və qoşulma prosesinin “əsaslarından” biri üzrə Aİ-nin tələblərinə cavab vermək üçün islahat səylərini istiqamətləndirmək məqsədilə nəzərdə tutulmuşdur.